Güclü külək Bərdədə ciddi fəsadlara yol açdı

Day.Az представляет новость на азербайджанском языке

Səhər saatlarında Bərdədə başlayan güclü külək fəsadlar törədib.

Day.Az istipress.com-a istinadən bildirir ki, əsasən rayonun Güloğlular kəndi ərazisində kənd sakinlərinin şəxsi təsərrüfatına ziyan dəyib. Şiddətli külək kənd sakini Pərviz Bəşirova məxsus mal-qara tövləsinin dam örtüyünü yerə atıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda güclü külək davam etsə də, rayonun elektrik təsərrüfatına ziyan dəyməyib. Elektrik enerjisinin verilişində fasilə yaranmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.