Abşeronda mikroavtobus yanıb

Day.Az представляет новость на азербайджанском языке

Ötən gecə Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə "Mercedes" markalı mikroavtobusun yanar hissələri yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 05:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.