Türkiyədə bayram faciəyə döndü: 5 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Batman şəhərində keçirilən 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı şənliyində faciə baş verib.

Day.Az axar.az-a istinadən xəbər verir ki, Atatürk parkında keçirilən bayram tədbirləri zaman içərisində helium qazı olan hava şarlarının partlaması nəticəsində 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Batman valisi Əhməd Dəniz qəza səbəbindən bayram tədbirlərinin ləğv edildiyini bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.