Bakıda minik avtomobili yanıb

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı şəhəri, Xətai rayonunda sahibi məlum olmayan ümumi sahəsi 50 m2 olan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları və yaxınlıqda dayanmış vətəndaşa məxsus "TOYOTA" markalı minik avtomobilinin ön hissəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.