Əhmədinejad prezidentliyə namizədlərin heç birini dəstəkləməyəcək

Day.Az представляет новость на азербайджанском языке

İranda prezidentliyə namizəd kimi qeydiyyata alınmayan sabiq prezident Mahmud Əhmədinejad prezidentliyə namizədlərdən heç biri dəstəkləməyəcəyini bəyan edib.

APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, cümə axşamı Nəzarət Şurası prezident postuna namizəd kimi yekun olaraq hazırkı prezident Həsən Ruhani də daxil olmaqla, 6 namizədin qeydə alındığını açıqlayıb.

Namizəd kimi qeydiyyata alınmaq üçün müraciət edən M. Əhmədinejad və onun sabiq müavini Həmid Bəqayinin ərizəsi təsdiqlənməyib. M. Əhmədinejad və H. Bəqayinin birgə imzaladığı bəyanatda onların namizədlərdən hər hansı birini dəstəkləməyəcəkləri  vurğulanıb.

 

Qeyd edək ki, İranda prezident seçkiləri mayın 17-də keçiriləcək. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.