Azərbaycan Almaniyanı qabaqladı - Təhlükəsizlik reytinqində

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan ölkəyə baş çəkən turistlərin təhlükəsizliyi reytinqində Almaniyanı keçib.

Day.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə alman nəşri "Direkt" yazıb.

Reytinq Ümumdünya İqtisadi Forumu tərəfindən tərtib edilir və orada polisin etibarlılığı, cinayətlərin sayı və terror aktları ehtimalı nəzərə alınır.
İnformasiyaya əsasən, 2015-ci ilin reytinqində Almaniya 20-ci yerdə olub, bu il isə 31 pillə geriləyərək 51-ci yerdə qərarlaşıb.

Azərbaycandan başqa Rumıniya, Mərakeş və Bəhreyn də reytinqdə Almaniyanı keçiblər.

Turistlərin təhlükəsizliyi sahəsində Finlandiya liderlik edir. İkinci yerdə Birləşmiş Ərəb Əmirlikləri, üçüncüdə İslandiyadır.

İlk onluqda, həmçinin Oman, Honkonq, Sinqapur, Norveç, İsveçrə və Qətər yer alıblar.

Nigeriya, Pakistan, Salvador, Yəmən və Kolumbiya turistlər üçün ən pis ölkələr hesab olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.