4 otaqlı ev yanıb

Cəlilabad rayonu, Çinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın saat 20:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.