İki yol qəzasında 3 nəfər xəsarət alıb

Şəmkirdə bu gün iki yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisələrdən biri Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. "VAZ 21015" və "Ural" markalı avtomobillərin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Rəşad İmanlı və 1987-ci il təvəllüdlü Həsən Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər.

 

Başqa bir yol qəzası isə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində kənd sakini, 1951-ci il təvəllüdlü Rəfiqə Əhmədova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiirlib. Xəsarət alanların vəziyyətlərinin normal olduğu bildirilir.
 
Faktlar üzrə Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.