Sabah bu şəxslərdən biri İTV-nin baş direktoru olacaq

Day.Az представляет новость на азербайджанском языке

----------
18:00

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək.

Day.Az bildirir ki, bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumat verib.

Onun sözlərinə görə, baş direktor İTV-nin Yayım Şurasının iclasında seçiləcək.

M. İmanov qeyd edib ki, iclasa Yayım Şurasının üzvləri ilə bərabər namizədlər də qatılacaq.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu başa çatıb. İTV-nin baş direktoru vəzifəsinə 5 nəfər iddiaçı - Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim edib.

İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti aprelin 23-də başa çatıb.

---------
09:27

Milli Televiziya və Radio Şurasının (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

Day.Az xəbər verir ki, MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, aprelin 12-dən 22-dək 5 nəfər - Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim edib.

Onun sözlərinə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra "İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim edilib.

Qeyd edək ki, İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti aprelin 23-də başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.