Azərbaycanda bütün qəbirlər eyni formada olacaq

Azərbaycanda nümunəvi qəbiristanlıqlar yaradılacaq. Bunun üçün qanun layihəsi hazırlanıb və müvafiq qrumlarla müzakirə edilib.

Milli.Az bildirir ki, yeni qəbiristanlıqda bütün qəbirlər eyni formada olacaq və bütün yerlər üçün standart qiymət tətbiq ediləcək.

Bütün qəbirlər eyni formada olacaq, təmizliyinə və təhlükəsizliyinə 24 saat nəzarət ediləcək.

Ölkənin bütün şəhər və kəndlərində yaradılması nəzərdə tutulan belə qəbiristanlıqlar üçün yeni qanun layihəsi də hazırlanıb və əlaqədar instansiyalarda müzakirə edilib.
Yeni qəbristanlıqlarda qiymət də ucuz olacaq və bütün yerlər üçün eyni tarif tətbiq ediləcək. Artıq kənd yerlərində belə qəbiristanlıqlara hansı qurumun nəzarət edəcəyi də bəllidir.

 

Yeni qanun layihəsinin yaxın aylarda müzakirə ediləcəyi gözlənilir. Bundan sonra nümunəvi qəbiristanlıqların dəqiq yerləri müəyyənləşdiriləcək. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda bütün qəbirlər eyni formada olacaq - YENİ LAYİHƏ