Azərbaycanda güclü küləklər intensivləşib

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda küləklərin sürəti azalsa da, intensivliyi və təkrarlanmasında artım müşahidə edilir.

Day.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, getdikcə güclü küləklər tez-tez təkrarlanır, ölkəyə isti hava kütlələri daha çox daxil olur. Bu da iqlim dəyişmələri ilə əlaqədar proseslərdən biridir: "90-cı ildən sonra küləklərin intensivliyi daha çox qeydə alınır. Məsələn, əvvəllər 10 ildə 2 dəfə güclü külək əsirdisə, indi 10 ildə 4-5 dəfə olur".
 
M.Həsənov əlavə edib ki, son günlər ölkə ərazisində müşahidə edilən güclü küləklər 3-5 ildən bir qeydə alınır: "Bu da ölkəmiz üçün gözlənilməz hadisə deyil. Keçid fəsli olan yazda atmosfer təzyiqi ərazilər arasında tez-tez dəyişdiyindən belə küləklər 3-5 ildən bir baş verir. Güclü küləklər 3 gün, maksimum 5 gün ərzində davam edir. Sonradan küləyin sürəti azalır və hava tədricən öz əvvəlki vəziyyətinə qayıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.