Bakıda kanalizasiya tullantıları yol kənarına tökülür

Day.Az представляет новость на азербайджанском языке

Quyulardan çıxan kanalizasiya tullantılarını maşınla daşıyaraq yaşayış evlərinin yaxınlığına tökürlər. Nəticədə də yaxınlıqda yaşayan sakinlər üçün problem yaranır.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Abşeron rayonu Mehdabad qəsəbəsi Binəqədi Gənclər Şəhəriciyində yaşayan sakinlərdən gedir.
Tullantı suları daşıyan avtomobilin sürücüsü yolun kənarında maşını saxlayaraq kanalizasiya tullantısını Balaxanı qəsəbəsi istiqamətinə olan yola boşaldır.
Sürücü bu əraziyə bir neçə ildi ki, kanalizasiya tullantısını boşaltdığını deyir.
Üstəlik, qəsəbədə kanalizasiya xətti olmadığından həyət evlərinin kanalizasiya suları da bu əraziyə axıdılır.
Sakinlərin sözlərinə görə, müxtəlif şəxslər, xüsusən də axşam vaxtı tullantı sularını bu əraziyə boşaldırlar. Əsasən də kanalizasiya tullantısını kənd və qəsəbələrində olan həyət evlərində quyulardan çəkərək gətirirlər.
Məsələ ilə bağlı Mehdabad qəsəbəsi icra nümayyəndəliyindən bildirildi ki, həmin ərazi Binəqədi rayon İcra Hakimiyyətinin balansındadır.
Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva isə bildirdi ki, problemin aradan qaldırılması üçün aidiyyəti orqanlara məlumat veriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda kanalizasiya tullantıları maşınla daşınaraq yol kənarına tökülür