OMON azərbaycanlıların toyuna basqın etdi

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın Tver Vilayətinin Kimrı şəhərində azərbaycanlıların toyuna OMON basqını olub.

Day.Az lent.az-a istinadən xəbər verir ki, Rafiq Qurbanov və Elmira Xəlilovanın toyu başlar-başlamaz restorana maskalı OMON-çular daxil olub.

"Kimrı seqodnya" qəzetinin yazdığına görə, iki saat ərzində heç kimə yerindən tərpənməmək əmri verilib. Bundan sonra toyda iştirak edənlərin, eləcə də bəylə gəlinin sənədləri yoxlanılıb.
 
OMON-çular restoranı bir də 20.30-da tərk ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.