Ağdaşda DƏHŞƏTLİ QƏZA: 7 yaralı var

Day.Az представляет новость на азербайджанском языке

Ağdaş rayonunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunda, Dəhnə kəndi ərazisində qeydə alınıb.

Beyləqan və Ağdaş sakinlərinə məxsus "VAZ 2107" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində Beyləqanın Kəbirli kənd sakinləri olan bir ailənin 3 üzvü - Məmmədov Əliqəmə Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü Məmmədov Şaiq Məhəmməd oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Mais Əliqəmə oğlu, 1985-ci il təvəllüdlü Zamanov Məhəbbət Nəriman oğlu, Bakının Suraxanı rayon sakini, 1964-cü il təvəllüdlü Nəbiyeva Sevinc Hümmət qızı, Ağdaşın Dəhnə kənd sakini 1989-cu il təvəllüdlü Dostiyev Emin Namizəd oğlu, Ağdaş şəhər sakini, 1954-cü il təvəllüdlü Hacıyev Firuz Seyid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.