Pasportlarda yenilik ediləcək

Day.Az представляет новость на азербайджанском языке

Elektron imzalar gələn ildən yeni pasportların içərisində quraşdırılacaq.

Day.Az xəzərxəbər-ə istinadla məlumat verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Əli Abdullayev "Azərbaycanda İnnovasiya potensialı" adlı konfransda məlumat verib.

Konfransda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli hibrid elektrik stansiyaların yaradılmasından danışıb. O, bu cür stansiyaların bütün bölgələri, eləcə də sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcəyinə diqqət çəkib.

Konfransdan sonra jurnalistlərin suallarını cavablandıran Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Azərbaycanda "halal" turizm sektorunun yaradılmasından danışıb.

Komitə sədri bununla bağlı standartların artıq hazır olduğunu vurğulayıb.

 

Beynəlxalq Əqli Mülkiyyət gününə həsr olunan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da iştirak ediblər.

Videonu izləmək üçün şəklə klikləyin:
Pasportlarda yenilik ediləcək

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.