Bakıda "Polisə İctimai Dəstək" qrupunun üzvünü moped vurdu

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda "Polisə İctimai Dəstək" qrupunun üzvünü moped vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Məmməd Fərmanov idarə etdiyi mopedlə yolu keçən "Polisə İctimai Dəstək" qrupunun üzvü, 1994-cü il təvəllüdlü Arif Rzayevi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.