"Bazarlarda kənd toyuğu adı ilə zərərli məhsul satılır" - SOS

Day.Az представляет новость на азербайджанском языке.

Yəqin ki bazarlarda, bazar ətraflarında kənd toyuğu satıldığını görmüsünüz. Hamısı da kəsilmiş, təmizlənmiş, hazır vəziyyətdə. Bəlkə çoxlarınız o kənd toyuqlarından almısınız da.

Çünki satıcılar "İsmayıllı toyuğudur", "Qəbələdən özüm gətirmişəm" deyib satırlar. Broylerlərdən də fərqli olur. Amma Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, həmin o toyuq ətləri kənd toyuğu deyil.

Eyyub Hüseynov: "İşbaz biznesmenlər insanlara yaxşı məhsul əvəzinə "zəhər" yedirirlər"

Milli.Az pressclub.az-a istinadla bildirir ki, alıcıların hüquqlarını müdafiə edən birlik sədri qeyd edib ki, həmin toyuqlar Bakı yaxınlığında fermalarda saxlanılır:

 

"Kənd toyuğu adı altında kənd məhsulları mağazalarına mənşəyi məlum olmayan toyuq ətlərinin satılması halları var. Bunlarla bağlı bizə mütəmadi məlumatlar daxil olur. Kənd toyuğu adı altında küçələrdə satılan toyuq ətlərinin əksəriyyəti Bakı ətrafında anti-sanitar şəraitdə böyüdülən toyuqlardır. Onların kənd toyuğu ilə heç bir əlaqəsi yoxdur. Mən sizə deyim ki, o toyuqlara verilən yemlərin də mənşəyi məlum deyil. İndi sahibkarlıqla bağlı sərbəst şərait yaradılıb. Kənd təsərrüfatı ilə bağlı obyektlərdə yoxlamalar aparılmır. Bundan istifadə edən işbaz biznesmenlər insanlara yaxşı məhsul əvəzinə "zəhər" yedirirlər. Mən vətəndaşlara müraciət edirəm, küçələrdə, binaların tinində, bazar piştaxtalarında kənd toyuğu deyib satdıqları toyuq ətləri kənd toyuğu deyil. O ətlər çox təhlükəli və zərərlidir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.