8 yaşlı Nihad avtomobil dartır

Day.Az представляет новость на азербайджанском языке

2 -ci sinifdə oxuyan uşağın güc baxımından potensialı o qədər də çox olmur. Sözsüz ki, böyük əmək sərf etsəniz gələcəkdə peşəkar idmançı ola bilər. Əgər 8 yaşlı bir uşaqda avtomobili dartmaq gücü varsa bu artıq əmək sərf edilməsi yox fitri istedatdır. Məşhur aktyor Van Dammın orta yaşlarında etdiklərini Nihad Ağayev 2-ci sinifdə ikən edir. Parlaq gələcəyə sahib olan pəhləvanı siz də tanıyın.

Day.Az sputnik.az-a istinadən bildirir ki, 8 yaşı,1 metrdən artıq boyu, 17 kiloqram çəkisi var. Amma etdiyi hərəkətlər yaşından,çəkisindən dəfələrlə artıqdır.
2-ci sinif şagirdi görənləri heyrətləndirir. Mingəçevirdə yaşayan Nihad Ağayev, məşhur hollivud aktyoru Jan-Klod Van Dammın hərəkətlərini yaşının az olmasına baxmayaraq məharətlə təkrarlıyır. Kiçik pəhləvan əvvəlcə iki avtomobilin üzərində olan stullarda "şpaqat" açır. Sonra eyni hərəkəti yanaşı gedən avtomobillərin üstündə davam etdirib.
Qeyri-adi gücə malik Nihat Ağayev avtomobili dişi ilə dartmaqla ətrafdakıları da şoka salır. Uşaq atasına məxsus avtomobili yerindən bir neçə metr hərəkətə gətirməyi bacarıb.
Oğlunun qeyri-adi gücə malik olduğunu deyən Emin Ağayev, övladını 4 yaşından məşqlərə aparıb.
Emin Ağayev oğlunun qeyri-adi bacarıqları ilə Ginnesin rekordlar kitabına düşəcəyinə inanır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

8 yaşlı uşaq avtomobil dartır