Metro istifadəçilərinin NƏZƏRİNƏ!

Day.Az представляет новость на азербайджанском языке

"Həzi Aslanov" stansiyasında 3 saylı eskalatorun əsaslı təmiri başa çatdırılaraq yenidən sərnişinlərin istifadəsinə verilib.

"Bakı Metropoliteni" QSC-dən Day.Az-a verilən məlumata görə, təmir prosesində "ET-5M" tipli eskalatorun bütün hissələri təlimat qaydalarına tam riayət edilməklə müayinə olunub, dəyişdirilməsi zəruri olan detallar, qovşaqlar yenisi ilə əvəz olunub. İşlərin yekununda avadanlıqda defektoskopiya yoxlaması aparılıb. Sınaq yürüşündən sonra eskalator istismara qəbul edilib.

Qeyd edək ki, 3 saylı eskalator fevral ayının 15-də, texniki istismar qaydalarının tələblərinə uyğun olaraq, qaçış məsafəsi son texniki norma həddinə çatdığı üçün təmirə dayandırılmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.