"Azərbaycan mənim ikinci vətənimdir" - Türkiyəli məşhur Bakıda

Day.Az представляет новость на азербайджанском языке

Sözün düzü, özümü ölkə xaricində hiss etmirəm. Aramızda təyyarə ilə iki saatlıq məsafə ola bilər, yad şəhər də sayıla bilər, amma mən, sanki, vətənimdəyəm.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında aktrisa Pelin Sönmez deyib.

Bakıda olan türk məşhur Azərbaycanın ikinci vətəni olduğunu söyləyib:

"Mənə elə gəlir ki, İstanbuldan şəhər kənarına getmişəm. Çünki bizim ortaq tariximiz, mədəniyyətimiz var. Bunları heç kim silə bilməz. Doğrudan da, qardaş ölkə olmağımız yalnız sözdə deyilən bir şey deyil. Bura mənim ikinci evimdir"

Pelin Türkiyədəki maqazin verilişlərini qınayıb. Onların şəxsi həyat barədə çox xəbər yaydıqlarını söyləyib:

"Maqazin verilişləri ilə o qədər yaxın olan biri deyiləm. Bu tip verilişlər şəxsi həyata təsir etdiyi üçün uzaq durmağa çalışıram. Təbii ki, bu, təkcə mənim istəyimlə bağlı olan bir şey deyil. Sadəcə, istərdim ki, hər kəs gördüyü işlə gündəmə gəlsin. Şəxsi həyat özəldir.

Fikrimcə, bunu insanın özündən başqa heç kim bilməməlidir. Bu mövzuda hər kəsin sərhədi olmalıdır. Özəl həyatı aşkar şəkildə yaşamağı düzgün saymıram. Mən heç vaxt özüm haqda yayımlanan sujetləri izləmirəm. Əgər keçmişimlə bağlı xəbər olarsa gözlərimi yumub, qulaqlarımı bağlayıram".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.