İtaliya və Azərbaycan arasında muzey sahəsində imzalanan ilk Anlaşma Memorandumu

Day.Az представляет новость на азербайджанском языке

3 may 2017-ci il tarixində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və ən əhəmiyyətli Renessans incəsənətin kolleksiyana malik və Milanın əsas rəsm qalereyası olan Brera Pinakotekasının direktoru Ceyms M. Bredbörn arasında Memorandum imzalanıb.

Bu barədə Day.Az-a Səfirliyin Mətbuat Xidmətindən bildirilib.

Memorandumun əsas məqsədi - iki muzey arasında peşəkar əlaqələr qurmaq və bunu "Pinacoteca di Brera" heyəti tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyində çalışan əməkdaşlara biliklərin ötürülməsi və mentorluq proqramı əsasında həyata keçirməkdir. Səfir Gianmpaolo Kutillo İtaliya və Azərbaycanın ilk muzeylərarası sazişinin imzalanmasını simvolik olaraq bu iki dövlət arasındakı diplomatik münasibətlərin qurulmasının 25-illiyinə təsadüf etdiyini vurğuladı.

Ceyms M. Bredbörn Azərbaycana ilk gəlişini "Avropa İttifaqı" "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə siyasət sistemin modernləşdirilməsi və mədəniyyət sektorunun idarə edilməsi" layihəsinin proqramı çərçivəsində həyata keçirilən üçgünlük treninqlə birləşdirib.Treninq Bakının muzeylərinin direktor, direktor müavinləri, muzey əməkdaşları, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları həyata keçirilir. Hazırkı treninq iştirakçıları muzey menecmenti ilə yaxından tanış edir, İtaliya və Azərbaycan muzeyləri üçün ümumi aktual problemləri müzakirə etmək məqsədi daşıyır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.