"Dedi ki, saxta pul var, əridə bilərsən?"

Day.Az представляет новость на азербайджанском языке

---------
15:36

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Nağıyev və Şabran rayon sakini Sərxan Məmmədov şübhəli şəxs qismində saxlanılıblar.

Day.Az ARB TV-yə istinadla xəbər verir ki, hər iki nəfərin üzərinə baxış keçirilən zaman onlardan ümumilikdə 4 ədəd 50 manatlıq və 4 ədəd 20 manatlıq saxta əsginaz, o cümlədən 0,439 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Saxlanılanlar ifadələrində saxta əsginazları onlara Vüsal adlı şəxsin satmaq məqsəyi ilə verdiyini bildiriblər.

Əfqan Nağıyev - Saxlanılan şəxs: "İşdən çıxıb evə gəlirdim, Sərxan zəng elədi ki, hara gedirsən? Dedim evə. Gəldik kafeyə. Dedi ki, saxta pul var, əridə bilərsən? Dedim ki, ver baxım yoxlayaram. Vüsalı da orada tanımışam".

Sərxan Məmmədov - Saxlanılan şəxs: "Vüsalda pul var idi. Mənə dedi ki, tanıdığın adam var? Dedim ki, Əfqandır. Tanış elədim. Mən də tutuldum, üstümdə pul və narkotik var idi".

Xətai RPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə saxta əsginazları hazırlayaraq Əfqan Nağıyev və Sərxan Məmmədova verən Yeni Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüsal Cümşüdov da saxlanılıb. Onun yaşadığı mənzildən saxta əsginazlarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar, külli miqdarda saxta pul və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. Dəstə üzvləri saxta pul əsginazlarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə realizə etmək məqsədi ilə hazırladıqlarını etiraf ediblər.

Vüsal Cümşüdov - Saxlanılan şəxs: "Ay yarım qabaq başladım saxta pulu hazırlamağa. 300 manat düzəltdim. Sərxanla getdik bir nəfərə verdik. Onları tutdular, sonra məni tutdular".

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

---------
11:04

Daxili işlər orqanları saxta pulların hazırlanaraq dövriyyəyə buraxılması hallarının qarşısının alınması və bu qanun pozuntusuna yol verən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Əfqan Nağıyev və Şabran rayon sakini Sərxan Məmmədov şübhəli şəxs qismində saxlanılıblar.

Onların üzərinə baxış keçirilən zamanı ümumilikdə 4 ədəd 50 manatlıq və 4 ədəd 20 manatlıq saxta əskinaslar, o cümlədən 0,439 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində saxta əskinasları onlara Vüsal adlı şəxsin satmaq məqsədi ilə verdiyini bildiriblər.

Xətai RPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə saxta əskinasları hazırlayaraq Ə.Nağıyev və S.Məmmədova verən Yeni Suraxanı qəsəbə sakini əvvəllər məhkum olunmuş Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.

Onun yaşadığı mənzildən saxta pul əskinaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar, saxlanılan şəxslərin etiraf etdikləri kimi satışı nəzərdə tutulan külli miqdarda saxta əskinaslar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Dəstə üzvləri saxta pul əskinaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə realizə etmək məqsədi ilə hazırladıqlarını etiraf ediblər.

Qeyd edilən faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.