Vinetka arzusunda olanların NƏZƏRİNƏ!: Bu il çəkilişlər neçəyə başa gələcək?

Day.Az представляет новость на азербайджанском языке

Orta məktəb, texnikum və ya universitet məzunları bu günlərdə həm də vinetka həyəcanı yaşayır.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, vinetka qiymətləri isə müxtəlifdir. Bunu vinetkaların görünüşü və içindəki şəkillər müəyyən edir. Fotoqrafların sözlərinə görə, nə qədər sadə vinetka tələb edilirsə, xərci də o qədər ucuz olur.

Vinetkanın qiymətinə fotoçəkiliş aparılacaq məkan da təsir edir.
Fotoqrafların sözlərinə görə, qiymətə təsir edən başqa bir məqam vinetkanın materialıdır. Çünki bütün materiallar xaricdən gəlir.

Fotoqraflar bildirir ki, əvvəllər daha sadə vinetkalara üstünlük verilirdisə, indi belə deyil. Gənclər daha çox fərqli yerlərdə, fərqli obrazlarda olan şəkillərlə bəzədilmiş vinetkalara üstünlük verirlər. Bu zaman çəkilişdə lazım olan bütün xidmətlər - paltardan tutmuş məkana qədər hər şey vinetka çəkənlərin üzərinə düşür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Məktəblilərin vinetka həyəcanı: Bu il çəkilişlər neçəyə başa gələcək?