Bakıda rəis müavininin maşını qəzaya düşdü: yaralanan var

Day.Az представляет новость на азербайджанском языке

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, Nərimanov rayonu Heydər Əliyev prospektində "Tofaş" markalı avtomobil "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Birinci dərəcəli yolda yüksək sürətlə hərəkət edən "Tofaş" idarəetməni itirib və yolayırıcı bordürü aşaraq ikinci dərəcəli yolun kənarında dayanmış "Mercedes"ə çırpılıb. "Tofaş"ın sürücüsü Valeh adlı şəxs xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

XXX

Bakının Nərimanov rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"Tofaş" markalı avtomobildə "Koroğlu" metro stansiyası istiqamətində yüksək sürətlə hərəkət edən 1974-cü il təvəllüdlü Valeh Məmmədov idarəetməni itirərək ikinci yola keçib və burada kənarda duran "Mercedes"ə çırpılıb.

Hadisə nəticəsində "Tofaş"ın sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

"Mercedes"in Suraxanı Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərliyə məxsus olduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda

Bakıda