Bakıda metronun qarşısında faciə: yıxılıb öldü - FOTO

19 мая 2017 12:06

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakıda yaşlı kişi küçədə ölüb. Lent.az xəbər verir ki, saat 9:30 radələrində Yasamal rayonu Cəfər Cabbarlı küçəsində - metronun "Nizami" stansiyasının yaxınlığında 55-60 yaşlı kişi qəfil yıxılıb. Hadisə yerinə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, həmin şəxs artıq keçinib.

Araşdırma zamanı məlum olub ki, ölən şəxs paytaxt sakini, 1958-ci il təvəllüdlü İmanov Fəxrəddin Fəyyaz oğludur. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir.

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı ilk məlumatı cebhe.info saytı yayıb

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.