Türkiyədə Qarabağ parkı açılır - FOTO
Day.Az представляет новость на азербайджанском языке
24 may 2017-ci il tarixində Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Pursaqlar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ''Türkiyə-Azərbaycan əlaqələri: qardaşlıq və strateji tərəfdaşlıq'' başlıqlı Beynəlxalq simpozium keçiriləcək.
Milli.Az xəbər verir ki, simpozyumda "Türkiyə-Azərbaycan əlaqələrinin strateji əhəmiyyəti", "Türkiyə-Azərbaycan əlaqələrində gələcəyə dair perspektivlər" və "Türkiyə-Azərbaycan əlaqələrində enerjinin rolu" başlıqlı üç mövzu müzakirə oluanacaq. Türkiyədən və Azərbaycandan alimlərin və siyasətçilərin dəvət edildiyi tədbirə diqqət böyükdür.
Türkiyənin qeyri-hökumət təşkilatlarından biri olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) İdarə heyətinin başqanı Hikmət Eren Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əlaqələr dərin tarixi köklərə əsaslandığını qeyd etdi: "Ortaq soy, dil, inanc, mədəniyyət və tarix bu iki respublikanı bir-birinə yaxlaşdırmada əhəmiyyətli yer tutur. Ayrıca Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və elmi fəaliyyətlər kimi müxtəlif sahələrdəki əməkdaşlıq, indiki vaxtda beynəlxalq səviyyədəki ən yaxşı dostluq və qardaşlıq nümunələrindən birini meydana gətirməkdədir. Bizlər də bu qardaşlığa töhfəni təmin etmək məqsədi ilə bu simpoziumu reallaşdıracağıq''.
Azərbaycandan tədbirdə millət vəkilləri Adil Əliyev, Hikmət Babaoğlu, Elman Nəsirov, Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Cavid Vəliyev, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, AMEA Mərkəzi Elmi Kitabxananın şöbəsinin müdiri Elnur Eltürk iştkrak edəcəklər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре