Mədət Quliyevdən Azərbaycanda casusluq edənlərlə bağlı AÇIQLAMA

19 мая 2017 15:04

Day.Az представляет новость на азербайджанском языке

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Azərbaycanda bir qrup insanın casusluq etməsi ilə bağlı məsələyə münasibət bildirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, M.Quliyev qeyd edib ki, bununla bağlı istintaq davam etdirilir: "Bilirsiniz ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi qüvvələrin maraq dairəsindədir və şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var".

DTX rəisi artıq məsələ ilə bağlı istintaq qrupunun fəaliyyət göstərdiyini deyib: "Prezidentimiz tərəfindən Baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu, kök atmış, 1988-1990-cı illərdən başlayan məsələlərdir. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətin üstü açılıb və istintaq da öz qiymətini verəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.