BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfər edəcək

Day.Az представляет новость на азербайджанском языке

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya Azərbaycana rəsmi səfər edəcək.

Day.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şeyx Abdullah Bin Zayed Əl Nəhya 21-22 mayda Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın 22 mayda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.