Azərbaycanlı ABŞ-ın ən uğurlu biznesmeni seçildi - FOTOLAR

19 мая 2017 17:55

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın nüfuzlu jurnallardan biri olan "Dayton Business Journal" 2017-ci ilin 40 yaşdan aşağı olan 40 ən perspektivli və ən uğurlu biznessmenlərinin adını elan edib.

Day.Az azvision.az-a istinadən xəbər verir ki, ABŞ-da yaşayan azərbaycanlı iş adamı Adil Bağırov həmin siyahıda yer alıb.

Qeyd edək ki, A. Bağırov Ohayo ştatının Deyton şəhər Təhsil Şurasının rəhbəridir. Bundan əlavə Adil Bağırov ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktorudur. O, Amerika tarixində indiyədək yüksək vəzifə tutan 5 türkdilli vətəndaşdan biridir.

1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olan A.Bağırov 1999-cu ildə Cənubi Kaliforniya Universitetinin məzunu olub. O, beynəlxalq münasibətlər və biznesin təşkili ixtisası üzrə təhsil alıb. 2002-ci il noyabr ayında "Beynəlxalq münasibətlərin və dünya siyasətinin qloballaşmasında internet faktoru" mövzusuna dair dissertasiya müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. 

2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda "Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neftqazfaktoru" mövzusunda dissertasiya müdafiə etmiş və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb.

A.Bağırov 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xüsusi müşaviri və ABŞ-ın Nümayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətçi olub. 2004-cu ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. O, 2009-cu ildən ABŞ-da qeyri-hökumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsisçisidir.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilətəltif olunub. 

O, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, Moskva Beynəlxalq Neft Klubunun prezidentidir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.