Bakı-2017: Daha bir qızıl medal paraatletikadan gəldi

19 мая 2017 18:34

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında növbəti qızıl medalını əldə edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, atletimiz Yelena Çebanu qadın paralimpiyaçılar arasında 200 metr məsafəyə qaçış yarışında (T12 kateqoriyası) finiş xəttinə rəqiblərindən daha tez çatıb - 24,89 saniyə.

İndoneziya idmançısı Endanq Sitorus gümüş, mərakeşli Məryəm En-Nuri isə bürünc medal qazanıb.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.