Bakı-2017: Daha bir güləşçimiz qızıl medal qazandı

19 мая 2017 20:08

Day.Az представляет новость на азербайджанском языке

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz qızıl medal qazanıb.

Day.Az Trend-ə istinadən bildirir ki, 97 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Nurməhəmməd Hacıyev finalda iranlı Əmir Məhəmmədi ilə qarşılaşıb.

Daha yaxşı güləşən idmançımız rəqib üzərində inamlı qələbə qazanıb - 11:2.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 63-cü qızıl medaldır.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.