"Qarabağ" mükafatlandırıldı

19 мая 2017 20:55

Day.Az представляет новость на азербайджанском языке

AFFA-nın 19 yaşadək futbolçular arasında təşkil etdiyi Azərbaycan çempionatına yekun vurulub.

Day.Az report.az-a istinadən bildirir ki,  XXXIII turda AZAL-la qarşılaşan və 7:0 hesabı ilə qələbə qazanan "Qarabağ" Liqanın qalibi olub. 

Oyun başa çatdıqdan sonra qalib komandaya qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov və "Qarabağ" Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl təqdim ediblər.

 

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası yeni mövsümdə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək. Komandanın baş məşqçisi Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.