Azərbaycanlı gənclər milli avtomobil modelinin dizaynını hazırlayıb - VİDEO

19 мая 2017 22:29

Azərbaycanlı gənc dizaynerlər milli avtomobil modelinin eskizini hazırlayıb. Milli.Az bildirir ki, iİki ildən çoxdur üzərində işlənən "Azerant Buta" modelinin dizaynında milli ornamentlər əsas götürülüb.

"Azerant Buta" avtomobilinin loqosunda gerbimiz və səkkizguşəli ulduz da əks olunub. Ön hissədə radiator barmaqlıqları Şirvanşahlar sarayının qala divarlarındakı şəbəkə naxışı dizaynı əsasında işlənib.

Aerodinamik və modern üslubda hazırlanan modelin texniki göstəricilərinin necə olmasına isə mühəndislər qərar verə bilərlər. Əgər layihə gerçəkləşdirilsə, bu model ekonom sinfə aid olacaq.

"Azerant Buta" avtomobil modelinin layihə rəhbəri Ramil Nəcəfov, modelin müəllifi və dizaynı Azər Abdullayev, animatoru Ümid Ağaquluyevdir. Müəlliflər artıq Müəllif Hüquqları Agentliyindən layihəni özününküləşdirmək üçün şəhadətnamə də alıblar və yeni dizaynını yaxın vaxtlarda aidiyyati qurumlara və dünyanın ən məşhur avtomobil şirkətlərinə göndərməyi düşünürlər.

Gənc dizaynerlər bu avtomobilin gələcəkdə Azərbaycanın milli brendi olacağına və layihənin aidiyyati qurumlardan müsbət rəy alacağına ümid edirlər. 

/xezerxeber.az