Bakıda gənc oğlan güllələnib

Day.Az представляет новость на азербайджанском языке

Bakıda gənc oğlan güllələnib.

Day.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğlu Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

XXX

Bakıda 26 yaşlı gəncin güllələnməsinin təfərrüatları məlum olub.

Day.Az "Report"a istinadən bildirir ki, Elnur Dadaşov "Kalaşnikov" avtomatından açılan atəş nəticəsində xəsarət alıb.
Belə ki, o, avtomobilini saxlayarkən E. Dadaşova odlu silahdan atəş açılıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.  

Qeyd edək ki, E.Dadaşov Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.