Uşu yarışında Vüqar Kərimovdan QƏLƏBƏ

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın uşu üzrə peşəkar idmançısı Vüqar Kərimov İslamiada çərçivəsində bu gün keçirilən yarışlarda qələbə qazanıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Beynəlxalq turnirlərin qalibi Vüqar Kərəmov (70 kq) səkkizdəbir finalda əfqanıstanlı Ahmed Zaker Bakşini 2:0 hesabı ilə məğlub edib.

Dörddə bir finalda onun rəqidi Türkmənistan idmançısı Səlahəddin Bayramov olacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.