Bakı-Sumqayıt yolunda "təmizlik" - Yol polisi mövcud vəziyyəti açıqladı

Day.Az представляет новость на азербайджанском языке

Reydlər davam edir. Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobuslara artıq rast gəlinmir.

Day.Az APA-ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, nadir hallarda sifariş əsasında hərəkət edənlərə rast gəlmək olar: "Sumqayıtdan Bakıya və əks istiqamətdə avtobuslar əsasən avtovağzallardan hərəkət edir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.