Hacı Əliyev FİNALDA - YENİLƏNİB

20 мая 2017 12:51

Day.Az представляет новость на азербайджанском языке

----------
12:51

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərimiz qələbələrini sıralayır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Hacı Əliyev yarımfinalda iranlı Məsud İsmayılpurla qarşılaşıb.

Gərgin keçən döyüşdə H.Əliyev rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksəlib - 8:1.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

---------
12:04

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/4 finalda Tociddin Xocayevlə qarşılaşıb.

H.Əliyev bu dəfə də vaxtından əvvəl qələbə qazanıb - 10:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

---------
10:58

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir sərbəst güləşçimiz mərhələ adlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən idmançımız Hacı Əliyev 1/8 finalda Türkmənistan təmsilçisi Saparmurad Muradovla qarşılaşıb.

H.Əliyev rəqibini cəmi 2 dəqiqəyə - vaxtından əvvəl məğlub edib - 10:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.