Sahibkar "Tarqovı"dakı məşhur kafeni məhkəməyə verdi

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtın mərkəzində, "Tarqovı"da yerləşən "Travelers Coffee" kafesi məhkəməyə verilib.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kafenin yerləşdiyi obyektin sahibi Vaqif Məmmədov Səbail rayon məhkəməsinə müraciət edərək "Travelers Coffee Limited" şirkətinin Azərbaycandakı filialına qarşı iddia irəli sürüb.

Sahibkar V.Məmmədov kafe rəhbərliyinin icarə haqqını ödəmədiyini bildirib və yığılan icarə haqlarının ödənilməsini tələb edib.

Səbail rayon məhkəməsi V.Məmmədovu iddiasını qismən təmin edib. "Travelers Coffee" qərardan apellyasiya şikayəti verib.

İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Həsənovun sədrliyi ilə mayın 23-də davam etdiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.