Bakıda 6 marşrut xəttinin istiqaməti DƏYİŞDİRİLƏCƏK

20 мая 2017 12:20

Day.Az представляет новость на азербайджанском языке

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-də 6, 8, 33, 52, 88 və 202 saylı marşrut xətlərinin istiqaməti dəyişəcək.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
 
"Bu marşrut avtobuslarının hərəkəti üçün seçilmiş alternativ yollar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək", - deyə M.Ağayev vurğulayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.