İslamiadanın bağlanış günü Bakıda bəzi sərnişin avtobuslarının ALTERNATİV MARŞRUTLARI

Day.Az представляет новость на азербайджанском языке

Bakı Nəqliyyat Agentliyi (BNA) IV İslam Həmrəyliyi Oyunlarının mayın 22-də baş tutacaq bağlanış mərasimi ilə əlaqədar Bakıda nəzərdə tutulan nəqliyyat tədbirlərini açıqlayıb.

Day.Az xəbər verir ki, BNA-dan APA-ya verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış  mərasimi ilə əlaqədar mayın 22-də 1 və 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 17:00-dan etibarən müvəqqəti olaraq fəaliyyətini dayandıracaqlar.
 
2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı S.Vurğun bağı olmaqla fəaliyyət göstərəcək.
 
4 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar İ.Hidayətzadə küçəsindən 28 May metrostansiyasına qədər hərəkət edəcək. 5 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar saat 16:00-dan etibarən N.Nərimanov - 28 May metrostansiyasına qədər fəaliyyət göstərəcək. Həmçinin, 21 nömrəli marşrut xətti saat 16:00-dan etibarən "Əhmədli" metrostansiyasından son dayanacağı "Xətai" metrostansiyasına qədər fəaliyyət göstərəcək. 32 nömrəli marşrut xətti E.Süleymanov küçəsindən "Xətai" metrostansiyasına qədər fəaliyyət göstərəcək. 46 nömrəli marşrut xətti başlanğıc dayanacağı İ.İsmayılov küçəsi (Günəşli) olmaqla son dayanacağı "Xətai" metrostansiyasına qədər fəaliyyət göstərəcək.
 
Bundan başqa, 88 nömrəli marşrut xətti başlanğıc dayanacağı 7-ci MKR olmaqla Hökumət evi - Z. Əliyeva - R. Behbudov küçələri istiqamətində fəaliyyət göstərəcək.
 
125 nömrəli marşrut xətti saat 16:00-dan etibarən Lökbatan NMM-dən "Azneft" dairəsinə qədər fəaliyyət göstərəcək. H1 nömrəli marşrut xətti 28 May küçəsi - R. Behbudov - S. Rəhimov - Xətai pr. - Babək pr. - N. Rəfiyev - A. Cəlilov - Nobel pr. - Zığ beton yolu - Heydər Əliyev Hava Limanı, əks istiqamətdə isə Heydər Əliyev Hava Limanı - Zığ beton yolu - Nobel pr. - A. Cəlilov - K. Səfərəliyeva - 28 May küç. - "28 May" metrostansiyasına qədər fəaliyyət göstərəcək.
 
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi zamanı biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması 3 seçilmiş istiqamətdən-metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarından ekspress xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. Həmin dayanacaqlardan biletli tamaşaçıların daşınması prosesi saat 17:00-dan 20:00-dək davam edəcək. Bağlanış mərasimini izləmək istəyən biletli əlil tamaşaçılar metronun "Gənclik" stansiyası yaxınlığındakı dayanacaqdakı avtobuslardan istifadə edə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.