Bahar və Nihal bacıları: "Tərbiyəli qızlarıq, atamız bütün günü bizi izləyir"

Day.Az представляет новость на азербайджанском языке

Son zamanların ən qalmaqallı bacıları, "İşte benim stilim" yarışmasında məşhurlaşan Bahar və Nihal Candanlar maraqlı açıqlamalar veriblər.

Day.Az axşam.az-a istinadən bildirir ki, onlar jurnalist Armağan Çağlayanın suallarını cavablandırıblar:

- Eserin (E.Yenenler -red.) villasında böyük bir parti var idi. Murad Boz da orada idi. Əyləndik, bitdi. 19 və 21 yaşındayıq. Yaşı kiçik iki qızın üstünə bu qədər gedilməməlidir.

- Biz tərbiyəli qızlarıq. Gecə klubunda da spirtli içki içmirik, çünki alkoqolo qadağamız var. Atamız çox dindardır, amma heç kim bunu bilmir. Hətta siqaret də çəkmirik. Hər cür qan, ağciyər testinə girə bilərəm, nəticələri verərəm.

- Bizi Ciciş bacılara (Esra və Ceyda Ersoy - red.) oxşatmasınlar. Bu, çox çirkin bənzətmədir, təhqirdir.

- 00:00-da evdə olmalıyıq. Yaşımız kiçikdir. Başımıza pis hadisələr gələr deyə, ailəmiz buna ciddi yanaşır. İstanbuldakı evimizin qapısında kamera var. Mersində olan atam bu kameradan evə saat neçədə gəlib-getdiyimizi, kimin gəldiyini izləyir. Kamera atamın mobil telefonuna bağlıdır.

- Açıq danışmaq lazımdırsa, mən çox şeyi reytinq üçün edirəm. "Bahar axmaqdır" deyənlər aldanırlar. Əslində isə Bahar çox ağıllıdır və sizi ələ salır, trollayır. Bunu anlamırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.