Yol polisini maşın vurdu

Day.Az представляет новость на азербайджанском языке

Ağdaş rayonunda yol polisi əməkdaşını minik avtomobili vurub.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 245 km-də, Ağdaş rayonunun Zeynəddin kəndi ərazisində, heyvan bazarının qarşısında qeydə alınıb.

Rayonun Ləki qəsəbə sakini Ələsgər Daşdıyev idarə etdiyi 19-BB-772 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik maşını ilə hərəkətdə olarkən heyvan bazarının qarşısında avtomobillərin sıxlığı səbəbindən yolu tənzimləyən Ağdaş Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, polis serjantı, 1986-cı il təvəllüdlü Qasımov Emin Şakir oğlunu vurub.
 
Avtomobil Emin Qasımovun ayağının üstündən keçib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Ağdaş Mərkəzi Rayon  Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda polis əməkdaşının vəziyyəti ağır olaraq qalır. 
 
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.