Paytaxtda avtobus sürücüsü qırmızı işığa məhəl qoymadı - VİDEO

20 мая 2017 13:56

Day.Az представляет новость на азербайджанском языке

Bakıda 66 nömrəli marşrut xəttinin sürücüsü yol hərəkət qaydalarını kobud şəkildə pozub.

Day.Az baku.ws-ə istinadən xəbər verir ki, qayda pozuntusunun görüntüləri avtobusdan arxada hərəkət edən digər avtomobilin sürücüsü tərəfindən lentə alınıb. Belə ki, avtobus sürücüsü qaydanı pozaraq qırmızı işıqda hərəkətini davam etdirir.

Bununla həm avtobusdakı sərnişinlərin həm də yolda hərəkət edən avtomobil sürücülərinin həyatını təhlükəyə atır. Nəticədə sürücü qəzanın bir addımlığından geri dönüb
 
Hadisə Neftciler metrosu, Star İdman kompleksinin yaxınlığında baş verib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Paytaxtda avtobus sürücüsü qırmızı işıqda dayanmadı