Şüşə tabutda 150 ildir saxlanılan 3 yaşlı uşağın SİRRİ

Day.Az представляет новость на азербайджанском языке

Ötən il ABŞ-ın San-Fransisko ştatında tikintidə işləyən fəhlələr tərəfindən qurğuşun və misdən hazırlanmış üzəri şəffaf şüşədən olan kiçik tabut tapılmışdı.

Day.Az publika.az-a istinadən xəbər verir ki, tabutun şüşə hissəsi təmizləndikdən sonra tabutun içərisində körpə qız uşağının olduğu məlum olub. 150 ilə yaxın müddət keçməsinə baxmayaraq, tabutun içərisindəki körpənin bədəni heç bir dəyişikliyə uğramadan qalıb. Elmin izah edə bilmədiyi hadisə dünya mətbuatının marağına səbəb olub.

Qızın bədəni, üzü, hətta saşları belə heç bir deformasiyaya uğramayıb. Tabutun içərisinə qoyulan qızılgül 150 ildir ki solmayıb.

Bir ildən çoxdur bu məsələni araşdıran mütəxəssislər, nəhayət, uşağın kimliyini müəyyənləşdirə biliblər. Tabutdakı qızın 1800-cü illərdə öldüyü düşünülən Edic Kuk olduğu ehtimal edilir.
Araşdırmaya görə, 1876-ci il oktyabrın 13-də dünyasını dəyişmiş balaca qız öləndə 3 yaşının tamam olmasına cəmi 2 ay qalıbmış. Tabutun formasından və içərisində qoyulan güldən qızın o dövrdə imkanlı bir ailənin uşağı olduğu güman edilir. Qızın ölüm səbəblərinin isə ilkin olaraq infeksiya və qida zəhərlənməsi olduğu ehtimal edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.