Cəmaləddin Maqomedov İslamiadanın qalibi oldu

Day.Az представляет новость на азербайджанском языке

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş üzrə yarışlarda 125 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Cəmaləddin Maqomedov Qazaxıstan idmançısı Daulet Şabanbayevlə mübarizədə qızıl medal qazanıb.

Day.Az Trend-ə istinadən bildirir ki, o, 12:8 hesabı ilə rəqibi üzərində qələbə çalıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

MƏQALƏDƏ: İslam Həmrəyliyi Oyunları

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.