Məşhur türkiyəli müğənni Bakıda konsert verdi

Day.Az представляет новость на азербайджанском языке

Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı ilə qardaş ölkənin mədəniyyət və turizm günlərinə start verilib.

Day.Az axşam.az-a istinadən bildirir ki, tədbir IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin "Mədəniyyət günləri" çərçivəsində baş tutub.

Ötən gün tədbir çərçivəsində türkiyəli müğənni Niran Ünsal paytaxtımızın qonağı olub. Yağışlı havaya baxmayaraq ifaçı mahnılar səsləndirib. Tamaşaçılarla birlikdə əylənən Niran Bakını çox sevdiyini söyləyib.

Tədbirdə Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev çıxış edərək İslam ölkələrinin mədəniyyət günlərinin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycanla Türkiyə arasında hər sahədə mövcud tərəfdaşlıq əlaqələri birlik və bərabərliyin göstəricisidir.

 

Səfirliklə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100-dək sənət ustası qatılıb.

Bu gün də davam edəcək tədbirdə Burak Kut səhnəyə çıxacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.