Azərbaycan müdafiə naziri Gürcüstana getdi

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Day.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər Gürcüstanın müdafiə naziri Levon İzorianın dəvəti ilə gerçəkləşib.

Səfər çərçivəsində müdafiə nazirinin qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.