Salyanda əlil maşını qəzaya uğradı - YARALILAR VAR

Day.Az представляет новость на азербайджанском языке

Salyan şəhərinin mərkəzində 2-ci qrup Qarabağ əlili, Qaradağ rayonunun Ələt qəsəbə sakini 46 yaşlı Şahsuvarov Elçin Abasət oğlunun idarə etdiyi "Naz-Lifan" markalı əlil avtomobili taksi fəaliyyəti ilə məşğul olan VAZ-21015 markalı, Salyan rayonunun Xocalı kənd sakini 45 yaşlı İsmayılov Müşfiq Ramiz oğlunun idarə etdiyi avtomaşınla toqquşub.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, qəza nəticəsində "Naz-Lifan"ın sərnişini, Cəlilabad rayon sakini, 31 yaşlı Hökməliyev İqbal Əlizadə oğlu, sürücüsü Elçin Şahsuvarov və VAZ-21015-in sürücüsü Müşfiq İsmayılov aşağı ətrafların və bel nahiyələrinin əzilməsi diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsondə araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.