Stolüstü tennisçilərimiz finala gedən yolda büdrədilər

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın kişilərdən ibarət stolüstü tennis yığması Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda mübarizə aparacaqlar.

Day.Az Trend-ə istinadən bildirir ki, komandamız yarımfinalda Türkiyə millisi ilə qarşılaşıb. Qardaş ölkə təmsilçiləri finala yüksəliblər - 3:0.

Yığmamız üçüncü yer uğrunda görüşdə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.