Bakı-2017: Kişi basketbolçularımız da finala yüksəldi

Day.Az представляет новость на азербайджанском языке

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol turniri davam edir.

Day.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın kişi basketbolçulardan ibarət millisi yarımfinalda Türkiyə yığması ilə qarşılaşıb.

Daha yaxşı oyun nümayiş etdirən komandamız finala vəsiqə qazanıb - 19:14.

 

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.